"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Mercedes"in pilotu Valtteri Bottas komandasını dəyişir.
Offsideplus.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, finlandiyalı sürücü cari mövsümün sonunda "Alfa Romeo" komandasına keçəcək.
2017-ci ildən "Mercedes"in sükanı arxasında olan Bottas İtaliya təmsilçisi ilə uzun müddətli müqavilə imzalayacaq.