"Formula 2" üzrə Azərbaycan Qran-prisinin qalibləri bəlli olub.

Offsideplus.az xəbər verir ki, finiş xəttinə ilk çatan "Hitech Grand Prix"in pilotu Yuri Vips fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci yerdə "Prema Racing"dən Oskar Piastri, üçüncü yerdə isə onun komanda yoldaşı Robert Şvartsman qərarlaşıb. "Uni-Virtuosi Racing"in pilotu Felipe Druqoviç 4-cü pilləni tutub.

Qeyd edək ki, "Formula 1"də əsas yarışa saat 16:00-da start veriləcək.