Avropa Liqasının əsas mərhələsinin sonuncu turunda "Qarabağ" "Olimpiakos"un qonağı olacaq.
Offsideplus.az xəbər verir ki, görüşün hakimləri bəlli olub.
UEFA-nın rəsmi saytının açıqlamasına görə, matçı FIFA referisi Radu Petresku idarə edəcək.
Baş hakimin köməkçiləri Radu Qinquleç və Mirça Mihail Qriqoriu olacaq. Dördüncü hakim funksiyasını Marsel Birsan yerinə yetirəcək.
VAR-da Katalin Popa əyləşəcək. Ona Sebastian Koltesku kömək edəcək.
Hakimlərin hamısı Rumıniyadandır.
Qarşılaşma yanvarın 30-da keçiriləcək Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.