"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərindən biri olan "Styau" Rumıniyada növbəti qələbəsini qazanıb.
Offsideplus.az xəbər verir ki, komanda Rumıniya Betano Kubokunda səfərdə "Aqrikola Borsea" ilə qarşılaşıb. Görüş qonaqların "1-2" hesablı qələbəsi ilə başa çatıb.
"Styau" Rumıniya Super Liqasında isə 30 xalla 3-cü pillədə qərarlaşıb. Liderdən yalnız 1 xal geri qalır.
Qeyd edək ki, "Qarabağ" bu klubla yanvarın 23-də Bakıda üz-üzə gələcək.