Avropa Futbol Assosiasiyalarının İttifaqı (UEFA) Azərbaycan çempionu "Qarabağ"ı 26 000 avro cərimələyib.
Offsideplus.az xəbər verir ki, buna Ağdam klubunun Bakıda "Ayaks"a (Niderland) qarşı keçirdiyi Avropa Liqası matçında yaşananlar səbəb olub.
Azərbaycan çempionu "komandanın düzgün olmayan davranışı"na (3 qırmızı, 5 sarı vərəqə) görə 14 000 avro cərimə ödəyəcək.
Ağdam təmsilçisi azarkeşlər tərəfindən sözügedən oyunda lazerdən istifadə olunduğu üçün də 12 000 avro cərimələnib.