"Ayaks"ın üzvü Vaut Veqorst Avropa Liqasının əsas mərhələsinin 3-cü turunda "Qarabağ"a 3:0 hesabı ilə qalib gəldikləri görüş haqda fikirlərini səsləndirib.
Offsideplus.az xəbər verir ki, forvard klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Asan qarşılaşma olmadı. Matçın ilkin mərhələlərində təzyiq altında idik. Rəqibin qırmızı vərəqə almasından sonra üstünlük bizə keçdi. Təbii ki, hələ də yaxşılaşdıracağımız şeylər var. “Qarabağ”ın oyunçuları daim hakimdən vərəqə tələb edirdilər. Uşaqlara dedim ki, bunu müzakirə etməsinlər. Taylora ötürmə verməyimə gəlincə, uzaq küncə zərbə vururdum (gülür). Penalti? Mövqe tutmaq və onu qəbul etmək üçün uyğun anı tapmaq lazım idi. Xoşbəxtlikdən hər şey alındı”.