Avropa Liqasının əsas mərhələsinin 3-cü turunda "Qarabağ" "Ayaks"la qarşılaşdı.
Offsideplus.az xəbər verir ki, görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatdı. Qarşılaşmadan sonra Niderland təmsilçisinin baş məşqçisi Françesko Farioli mətbuat konfransında iştirak etdi. Mütəxəssis qələbə haqda bunları söylədi:
"Nəticədən məmnunam. Əvvəlcədən demişdim ki, oyun bizim üçün asan olmayacaq. Futbolçuların çıxışından razıyam. Mübarizə apardıq və 3 xal qazandıq. Çıxışımızdan razıyam. Hakimlik barədə danışa bilmərik. Bu, əsas prinsiplərimizdən biridir. İlk hissədə "Qarabağ" çox yaxşı çıxış etdi. Rəqib oyuna çox fantastik başladı. Dünən bunu demişdim ki, Ağdam təmsilçisi ilə oyun çətin olacaq. Təbii ki, qırmızı vərəqədən sonra oyun tərzləri dəyişdi. Bizim üçün o qədər də asan qələbə olmadı".