UEFA Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda baş tutacaq "Qarabağ" - "Ayaks" (Niderland) oyununun hakim heyəti açıqlanıb.

Offsideplus.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, matçı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Nikolas Uolş olacaq. Onun köməkçiləri Qraeme Stevart və Kalum Spence, dördüncü hakim isə Kristofer Qrahamdır.

Oyun oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:45-də start götürəcək.