UEFA Avropa Liqasının Liqa mərhələsinin III turu çərçivəsində "Ayaks" Bakıda "Qarabağ"a qarşı dəstəkləməyə Niderlanddan nə qədər azarkeşin gələcəyi bəlli olub. 

Bu barədə Offsideplus.az-a Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyev məlumat verdi

Klub rəsmisi bunları söylədi:

"Bu matçda Niderland təmsilçisinin 460 azarkeşi iştirak edəcək. Əlavə olaraq klubun öz media nümayəndələri də səfər edəcək".

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.