Dünən "Zirə" Avropa Liqasının I təsnifat mərhələsində "Şerif"i məğlub etdi.
Azərbaycan millisinin sabiq üzvü Aslan Kərimov Offsideplus.az-a açıqlamasında "qartallar"ın çıxışını dəyərləndirdi:
"Zirə" dünən maraqlı oyun sərgilədi. Uzun fasilələrdən sonra komandaların belə çıxış etməsi normaldır. Futbolçuların bir-birilərini yaxşı başa düşməməsi, top itkiləri və fiziki göstəricilər onların tam hazır olmaqdıqlarına işarə idi. Buna baxmayaraq, komandamız yaxşı çıxış etdi. Hər iki hissədə meydanda taktiki mübarizə getdi. Boşluqlarımız oldu. Amma birinci oyun üçün normal haldır. "Zirə" düzgün strategiya seçmişdi. Bəzi futbolçuların çıxışları o qədər də yaxşı deyildi, amma problemləri aradan qaldırmaq olar".
Mütxəssis cavab qarşılaşmasının qəsəbə təmsilçisi üçün çətin keçəcəyini bildirdi:
"Çatışmazlıqlar üzərində işləmək lazımdır. Düşünürəm ki, ilk oyun gələcəyə ümidli baxmağa imkan yaradır. Cavab oyununda "Şerif" böyük qüvvə ilə irəli atılacaq. Sürətli oyunçuları var. Komandamız ehtiyatlı olmalıdır. Minimal hesablı qələbə cavab qarşılaşmasında "Zirə" üçün böyük üstünlük deyil".