"Qarabağ"ın Avropa Liqasında rəqiblərindən olan "Arsenal"ın baş məşqçisi Unay Emeri turnir barədə danışıb.
Offsideplus.az xəbər edir ki, təcrübəli mütəxəssis bu sözləri deyib: "Əgər komandalar Çempionlar Liqasında oynaya bilmirlərsə, həmin vaxt bu turnir çox vacib olur. Avropa Liqasının qalibi olan komanda Çempionlar Liqasına vəsiqə qazanır. Bu isə turnirə olan marağı artırır. Premyer Liqa və Avroliqa oyunlarına komandanı fərqli start heyətdə çıxarmağı planlaşdırmıram. Bu turnirdə ən yaxşı oyunumuzu nümayiş etdirməliyik".
Qeyd edək ki, "Qarabağ" Avroliqada ilk ev oyununu oktyabrın 4-ü "Arsenal"a qarşı keçirəcək.



