Avropa Liqasında həftənin ən yaxşı futbolçusu məlum olub.
Offsideplus.az xəbər verir ki, bu, LASK-dan Saşa Horvat olub. O, səsvermədə "Qarabağ"ın qrupdakı rəqibi "Molde"nin oyunçusu Kristian Erikseni, Maksimilian Eqqestaynı ("Frayburq") və Pedro Qonçalvesi ("Sportinq") qabaqlayıb.
Saşa ötən gecə "Yunion"la (Belçika) matçda (3:0) penaltidən fərqlənib və 1 qolun ötürməsini verib.