"Ayaks"ın uğursuz çıxışları davam edir.
Offsideplus.az xəbər verir ki, Niderlan klubu ötən gecə Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda səfərdə "Brayton"a (İngiltərə) məğlub olub - 0:2. Amsterdam klubu 2015-ci ildən sonra Avropa Liqasının qrup mərhələsində ilk məğlubiyyətini alıb.
"Ayaks" sonuncu dəfə 2015-ci ilin oktyabrında "Fənərbaxça"ya uduzub - 0:1. O vaxtdan bəri komanda 11 oyun keçirib, 5 qələbə qazanıb, 6 heç-heçə edib.
“Brayton”la görüş həm də "Ayaks"ın ardıcıl 9-cu qələbəsiz matçıdır ki, bu da klub tarixindəki ən pis seriyadır.
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində 3 oyundan sonra 2 xal toplayan "Ayaks" qrupda sonuncudur.