Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Offsideplus.az xəbər verir ki, bu ada "Bayer"dən Florian Virts, "Liverpul"dan Rayan Qravenberx, "Molde"dən Volf Eikrem və "Frayburq"dan Vinçenso Qrifo namizəd göstərilib.

Virts "Qarabağ"a qalib gəldikləri oyunda (5:1) 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.