"Qarabağ" klubunun prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Frayburq"la (Almaniya) bu gün keçiriləcək oyundan əvvəl komandanı ziyarət edib.

Offsideplus.az xəbər verir ki, o, baş məşqçi Qurban Qurbanov və komanda üzvləri ilə görüşüb.

Funksioner “Qarabağ”ın daha bir tarixi oyununda komanda üzvəlirinə inandığını deyib və onlara uğurlar arzulayıb.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Frayburq" matçı saat 21:45-də başlayacaq. Ağdam təmsilçisi bu gün Azərbaycan futbol tarixində ilk dəfə Avropa Liqasının qrup səddini keçə bilər.