UEFA Avropa Liqasının qrup mərhələsində çərviçəyə ən çox dəqiq zərbə endirən futbolçu bəlli olub.
Offsideplus.az xəbər verir ki, "Qarabağ"ın hücumçusu Kvabena Ovusu 5 oyuna 10 dəqiq zərbə ilə birinci yerdədir. 25 yaşlı hücumçu 2 dəfə rəqib qapısından top keçirib.
"Mançester Yunayted"dən Markus Reşford və "Braqa"dan Vitor Oliveyra isə 9 zərbə ilə ikinci yerdə qərarlaşıb.
Ən çox seyv edən qolkiper isə Şahruddin Məhəmmədəliyevdir (5 oyuna 20 seyv).
Qeyd edək ki, dünən gecə baş tutan "Nant" - "Qarabağ" matçı 2:1 hesabı ilə başa çatıb.