Qarabağ"ın futbolçusu Abdullah Zubir UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu üzrə "Olimpiakos"la oyun barədə təəssüratlarını bölüşüb.

Offsideplus.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi bu barədə "CBC Sport"a açıqlama verib:

"Eyni komanda ilə ikinci oyunumuz idi. Bu matç bizim üçün daha çətin keçdi. Rəqib bizi yaxşı analiz etmişdi. Əlimizə düşən azsaylı imkanlardan istifadə etməyə çalışdıq. Amma heç-heçə oldu. Qarşıda daha 2 oyunumuz var. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq".

Matçdan sonra "Olimpiakos"un hücumçusu Abubakar Kamara ilə görüşən Zubir Fransada ona qarşı oynadığını bildirib: "Matçdan sonra söhbət etdik, oyun haqqında danışdıq. Dostum olduğu üçün ona yaxınlaşdım".

Qeyd edək ki, matç 0:0 hesabı ilə başa çatıb.