Bir neçə gün əvvəl Fabritsio Konti adlı İtaliya vətəndaşının Romada "Qarabağ" klubunun fan-qrupunu yaratması barədə eksklüziv material dərc etmişdik.
Belə ki, kreativ direktor vəzifəsində çalışan, həm də “Milan” azarkeşi olan Fabritsio şəxsi hesabına Ağdam təmsilçisinin fan-qrupununun əsasını qoyub.
Bəs görəsən, "Qarabağ" rəhbərliyi fan-qrupun fəaliyyətini daha da genişləndirməsi üçün italiyalıya maddi dəstək verməyi düşünürmü?
Mövzu ilə bağlı ağdamlıların mətbuat katibi Gündüz Abbaszadə ilə əlaqə saxladıq. O, Offsideplus.az-a verdiyi açıqlamada əcnəbinin günlər öncə Bakıya dəvət edildiyini söylədi. Fabritsio hətta UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində sabah paytaxtımızda baş tutacaq "Qarabağ" - "Olimpiakos" matçını stadiondan izləyəcək.
Klub sözçüsü onunla keçiriləcək görüşün ardınca daha ətraflı məlumat veriləcəyini də bildirdi.
Daşqın Əziz