UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu üzrə "Olimpiakos"a qarşı oyundan öncə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.
Offsideplus.az xəbər verir ki, 50 yaşlı mütəxəssis sabah saat 20:45-də baş tutacaq oyuna ciddi hazırlaşdıqlarını bildirib:
"Rəqibə düzgün yanaşmalıyıq. Oyuna son şans kimi baxırlar. Son günlərdə komandamızda yorğunçuluq olsa da, sabahkı oyun tam hazır olacaqlarını düşünürəm. 3:0 hesablı qələbə bizim üçün yaxşı nəticə olsa da, bizi aldatmalı deyil. Bu detalları oyunçularımıza çatdırmışıq. Səhvlərimiz vardı, sonradan oyunu analiz edəndə bunlara diqqət eləmişik. Sabah meydanda yaxşı mübarizə aparmağa və ən yaxşı oyunlardan birini sərgiləməyə çalışacağıq".