"Qarabağ”ın futbolçusu Kevin Medina "Nant”la oyundan sonra maraqlı açıqlaması ilə diqqət çəkib.
Offsideplus.az xəbər verir ki, 29 yaşlı müdafiəçi Fransa təmsilçisinə bu sözləri ünvanlayıb: "Bağışla, "Nant”, bura Azərbaycandır!”
Qeyd edək ki, matç Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Medina isə zədə səbəbindən oyunun iştirakçısı olmayıb.