UEFA AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədovu "Trabzonspor"un oyununa təyin edib.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Avropa Liqasının qrup mərhələsi üzrə “Trabzonspor” – “Crvena Zvezda” oyununda UEFA Matç direktoru (UEFA Venue Director) qismində çalışacaq.

Qeyd edək ki, Trabzon şəhərindəki “Şenol Güneş Spor Kompleksi” stadionunda keçiriləcək matç sentyabrın 15-də Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.