Xorvatiyanın "Dinamo"(Zaqreb) klubu yeni transferi Mahir Emrelinin rəsmi debütü ilə bağlı paylaşım edib.
Offsideplus.az xəbər verir ki, Zaqreb təmsilçisi rəsmi "İnstaqram" səhifəsi vasitəsi ilə dünən ilk oyununa çıxan millimizin üzvünü təbrik edib. 25 yaşlı hücumçu UEFA Avropa Liqasının 1/16 final mərhələsində "Sevilya" ilə ilk matçın (1:3) 57-ci dəqiqəsində meydana daxil olub. Bu, onun, yeni klubundakı rəsmi debütü olub.
"Dinamo" Mahirin sözügedən oyundan şəklini paylaşaraq bu sözləri yazıb: "Dinamo" üçün ilk rəsmi oyun. Təbriklər, Emreli".