UEFA-nın Nizam və İntizam Komitəsi yığmamızın üzvü  Mahir Emrelinin  şərəfini qorduğu "Legiya"ya cəza verib.

 

Offsideplus.az  qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu hadisəyə səbəb paytaxt klubunun fanatları olub. 

 

Azarkeşlər Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda evdə "Napoli"yə 1:4 hesabı ilə məğlub olduqları görüşdə yandırıcı maddələrdən istifadə etdiyi üçün Varşava təmsilçisi  40 000 avro dəyərində pul cəzası alıb.

Xatırladaq ki, həmin maçta Polşa klubunun yeganə qolu Mahir Emrelidən gəlmişdi.