Bu gün Polşa "Legiya"sı UEFA Avropa Liqasının qrup mərhələsində son oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, Varşava təmsilçisi 6-cı turda "evdə" "Spartak"la (Rusiya) ilə qarşılaşacaq.  Artıq Bakı vaxtı ilə saat 21:45-də başlayacaq matçın heyətləri açıqlanıb. Azərbaycan millisinin hücumçusu Mahir Emreli də start heyətdə yer alıb.

Qeyd edək ki, "Legiya" "Spartak"a qalib gəlsə, pley-off mərhələsinə yüksələcək.