Məlum olduğu kimi, Polşa "Legiya"sı ötən axşam UEFA Avropa Liqasının qrup mərhələsində "evdə" "Lester Siti"ni 1:0 hesabıyla məğlub edib.

Offsideplus.az xəbər verir ki, matçda yeganə qolu 31-ci dəqiqədə Varşava təmsilçisinin azərbaycanlı hücumçusu Mahir Emreli vurub. Görüşdən sonra yaşananlar isə İngiltərə mediasının gündəmini "bəzəyib".

Belə ki, oyunun qəhrəmanı Mahir Emrelinin matçsonrası müsahibəsi zamanı əyninə geyindiyi oyunun nəticəsini əks etdirən "1:0" yazılı köynək İngiltərənin nüfuzlu nəşrinin diqqətini çəkib. "The Sun" qəzeti  həmin görüntüləri paylaşaraq, "Legiya"nın belə tezliklə sözügedən köynəyi hazırlamasına təəccübünü ifadə edib. 

Xəbərin başlığında isə "Legiya" belə tezliklə qələbə köynəyini hazırladı və Mahirin hesabına satışa çıxaracaq" sözləri qeyd olunub.

WhatsApp Image 2021 10 01 at 18.57.36 1