UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Neftçi" AEL-lə qarşılaşır.

Offsideplus.az-ın Helsinkiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, görüşü izləmək üçün təxminən 40 nəfər azərbaycanlı "Bolt Arena" stadionuna gəlib. Stadion nəzarətçiləri Azərbaycan bayraqlarının stadiona buraxılmasına icazə verməyib. Azarkeşlərin bununla bağlı etirazları nəticəsiz qalıb.

Qeyd edək ki, azarkeşlər arasında Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov da yer alıb. O, dünən Helsinkidə "Neftçi"nin məskunlaşdığı otelə gələrək klub prezidenti Kamran Quliyev və baş məşqçi Samir Abasovla görüşüb.

Oyun öncəsi fotoları təqdim edirik:

WhatsApp Image 2021 08 12 at 18.58.52

 

 

WhatsApp Image 2021 08 12 at 18.58.54

 

WhatsApp Image 2021 08 12 at 18.58.54 1