Bu gün "Neftçi" komandası UEFA Avropa Liqasında III təsnifat mərhələsinin cavab görüşünü keçirib.

Offsideplus.az-ın məlumatına görə, flaqman Finlandiyanın paytaxtı Helsinkidəki "Bolt Arena"da HİK-in qonağı olub. Bakı vaxtı ilə saat 20:00-da başlayan görüşü türk əsilli almaniyalı referi Deniz Aytekin idarə edib.

Finlandiya təmsilçisinə 3:0 hesabı ilə məğlub olan "Neftçi" Avropa Liqasında mübarizəni dayandırıb (İlk oyun 2:2).

"Neftçi"nin UEFA Konfrans Liqasının pley-off mərhələsində rəqibi "Makkabi" (Hayfa, İsrail) komandası olacaq. 

UEFA Avropa Liqası

III təsnifat mərhələsi, cavab oyunu

12 avqust

20:00. HİK (Finlandiya) - "Neftçi" (Azərbaycan) 3:0 (R.Riski, 46. R.Riski, 60. -pen. 89.)

Hakimlər: Deniz Aytekin, Kristian Diets, Markus Sinn, Martin Petersen (hamısı Almaniya)

"Bolt Arena"

İlk oyun - 2:2.