Finlandiyanın HİK klubunun baş məşqçisi Toni Koskela UEFA Avropa Liqasının 3-cü mərhələsi çərçivəsində "Neftçi" ilə cavab matçı öncəsi fikirlərini bölüşüb.
Offsideplus.az YLE.fi agentliyinə istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis Azərbaycandakı baxımlı oyunu doğma meydanlarında da sərgiləmək istədiklərini vurğulayıb:
"Bakıdakı oyunda "Neftçi"yə qapımıza yaxınlaşmağa imkan vermədik, buna görə rəqib yalnız uzaq məsafələrdən zərbələr ilə yadda qaldı. Sabahkı oyunda da baxımlı oyun sərgiləməliyik. Daha aqressiv və istəkli olmalıyıq. Bütün diqqətimizi bu qarşılaşmaya yönəltmişik. "Neftçi"nin çox güclü və səviyyəli futbolçuları var. Təkbətək mübarizələrdə çox üstündürlər. Rəqibin heyətində ilk matçla müqayisədə dəyişikliklərin olacağını düşünürəm. Azərbaycan çempionunun heyətində isə xüsusi olaraq Mamadu Kaneni fərqləndirərdim.