"Neftçi"nin və Azərbaycan milli komandasının keçmiş futbolçusu Branimir Subaşiç Offsideplus.az-a verdiyi eksklüziv açıqlamasında HİK-lə keçiriləcək cavab oyununu dəyərləndirib:
"Neftçi"dən gözləntilərim çox böyükdür. İnanıram ki, bəxt "Neftçi"nin tərəfində olacaq və onlar növbəti mərhələyə keçən tərəf olacaqlar. Əgər klub ciddi uğur qazanmaq istəyirsə, HİK səddini aşacaq. Lakin komandanın yaxşı transferlərə ehtiyacı var. Xüsusən də səviyyəli hücumçuya. İnanmaq istəyirəm ki, klub rəsmiləri bu yöndə iş aparırlar. Hər bir halda, sabah favorit "Neftçi"dir.
Subaşiç həmçinin Namik Ələsgərovun "Bursaspor"a mümkün keçidindən də danışıb:
"Əgər Namik "Bursaspor"a keçsə, bu, Azərbaycan futboluna fayda verəcək. Amma bu vəziyyətdə onun komandanı tərk etməsi yaxşı hal deyil. Ümid edirəm ki, klub rəhbərliyi düzgün addım atacaqlar".