"Bakıdakı oyunda demək olar ki, üstün tərəf biz idik. Öz oyunumuzla onların müdafiəçilərinə çətinlik yaratdıq".
Offsideplus.az xəbər verir ki, bu sözləri Finlandiyanın HİK klubunun futbolçusu Miro Tenho klubun mətbuat xidmətinə Avropa Liqasının 3-cü mərhələsinin “Neftçi” ilə keçiriləcək cavab oyunu ilə bağlı fikirlərini bildirərkən deyib.
26 yaşlı müdafiəçi “Neftçi”nin hücum xəttini xüsusi vurğulayıb: “Neftçi”nin yaxşı futbolçuları var. Hücumda çox effektivdirlər. Onlara boşluqlar versək, asanlıqla qol vura bilərlər. Azarkeşlərimiz bizi daha da cəsarətləndirir və rəqiblərimizi gərginləşdirir. Ümid edirəm ki, “Neftçi” ilə oyuna mümkün qədər çox azarkeş gələcək və birlikdə həmişə də xatırlanacaq nəticə qazanacağıq”.
Qeyd edək ki, avqustun 12-də keçiriləcək HİK – “Neftçi” matçı saat 20:00-da start götürəcək. Komandalar arasındakı ilk matçda 2:2 hesablı heç-heçə qeydə alınıb.