Çempionlar Liqasının II təsnifat mərhələsində "Olimpiakos"la oyunda zədələnən Namiq Ələskərov Türkiyəyə yollanıb.

Offsideplus.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov HİK-lə oyundan sonra (2:2) baş tutan mətbuat konfransında açıqlayıb. 43 yaşlı mütəxəssis yarımmüdafiəçi üçün xüsusi maska hazırlanacağını söyləyib.

"Namiq Türkiyəyə gedib. Orda üzü yoxlanılacaq və xüsusi maska düzəldilələcək. Bakıya qayıdandan sonra əvvəl fərdi, daha sonra isə komanda ilə məşqlərə qoşulacaq".