UEFA Avropa Liqasının III mərhələsində Finlandiyanın HİK komandası "Neftçi" ilə üzləşib (2:2).

Offsideplus.az xəbər verir ki, oyundan öncə baş tutan mətbuat konfransında Helsinki təmsilçisinin baş məşçisi Toni Koskela fikirlərini bölüşüb.

"Oyun gözlədiyimiz kimi keçdi. "Neftçi" yaxşı komandadır. Yusuf Laval bu gün bizə problem yaratdı. 3 gün əvvəl oyunumuz olduğu üçün hazırlıqla bağlı problemimiz var. Bununla belə, baxımlı görüş oldu. "Neftçi" bizə qarşı "Olimpiakos" və "Dinamo"ya qarşı oynadığı kimi çıxış etdi. Düşünürəm ki, cavab görüşündə sürpriz ola bilər. İlk 25-30 dəqiqədə topla yaxşı rəftar edirdik. Bundan sonra hər iki komandada yorğunluq başladı. Sevindirici haldır ki, iki qol vurduq. İlk hissədə daha yaxşı oynadıq" (Report).