“Neftçi”nin Avropa Liqasının 3-cü mərhələsi çərçivəsində Finlandiyanın HİK komandasına qarşı keçirəcəyi cavab oyununun təyinatları açıqlanıb.
Offsideplus.az xəbər verir ki, Finalndiyada keçiriləcək səfər qarşılaşmasını Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Deniz Aytekin olacaq. Ona yan xətt hakimləri Kristian Ditz və Markus Zinn kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Martin Petersen yerinə yetirəcək.
HİK - "Neftçi" oyunu avqustun 12-də keçiriləcək.