UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Finlandiyanın HİK klubu ilə qarşılaşacaq "Neftçi"nin ilk oyununun hakimləri açıqlanıb.
Offsideplus.az xəbər verir ki, Bakıda keçiriləcək ilk matçı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Villiam Kallum olacaq. Ona yan xətt hakimləri Devid Makgiçi və Sin Karr köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Yuan Anderson yerinə yetirəcək.
"Neftçi" - HİK matçı avqustun 3-də, saat 21:00-da "Bakcell Arena"da keçiriləcək.