Xəbər verdiyimiz kimi, "Neftçi" Avropa Liqasının 3-cü təsnifat mərhələsində Finlandiyanın HİK klubu ilə qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, artıq "ağ-qaralar"ın səfər oyununun da saatı açıqlanıb. Avqustun 12-də Helsinkidə keçiriləcək qarşılaşma isə Bakı vaxtı ilə 20:00-da başlayacaq. 

Komandalar arasındakı ilk matç isə avqustun 3-də "Bakcell Arena"da keçiriləcək və saat 21:00-da start götürəcək.