UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Offsideplus.az xəbər verir ki, "Vilyarreal" - "Mançester Yunayted" matçından sonra həftənin oyunçusu üzrə namizədlər seçilib.
"Vilyarreal"dan isə Etyen Kapu və Jerar Moreno, "Mançester Yunayted"dən isə Skott Maktominay və Edinson Kavani namizədlər arasındadır.
Qeyd edək ki, əsas hissə və əlavə vaxt 1:1 hesabı ilə bitdiyi üçün təyin olunan penaltilər seriyasında "Sarı Sualtı Qayıq" "qırmızı şeytanlar"a 11:10 hesabı ilə qalib gəlib.