UEFA Avropa Liqası finalında "Vilyarreal" "Mançester Yunayted"lə qarşılaşıb.

 Offsideplus.az xəbər verir ki, əsas hissə və əlavə vaxt 1:1 hesabı ilə başa çatdığı üçün qalib penlatilər seriyasında müəyyənləşib. 11:10 hesabı ilə penalti seriyasında üstün olan "Sarı Sualtı Qayıq" tarixində ilk dəfə Avropa Liqasını qazanıb.

Bundan əlavə, mövsüm boyu heç bir oyunda uduzmayan "Vilyarreal" Avroliqada buna nail olan ilk komanda olub.

Oyunun icmalını təqdim edirik:

"Vilyarreal" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 1:1 (Penaltilər - 11:10)
Qollar:
Moreno, 29. - Kavani, 55.