Bu gün UEFA Avropa Liqasında final qarşılaşması baş tutub.

Offsideplus.az xəbər verir ki, həlledici görüşdə İspaniya "Vilyarreal"ı İngiltərənin "Mançester Yunayted" komandası ilə üz-üzə gəlib.

Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatdığından əlavə vaxta ehtiyac duyulub. Burada da qalib müəyyənləşməyincə penaltilər seriyasına müraciət edilib.

Qapıçılara qədər gələn penaltilərdə son zərbəni "Mançester Yunayted"in qapıçısı David de Xea yerinə yetirib, ancaq hədəfdən yayınıb. Bununla da "Vilyareal" 11:10 hesabı ilə qalib gələrək kuboku başı üzərinə qaldırıb.