UEFA Avropa Liqasının yarımfinalında "Arsenal" - "Vilyarreal" matçı 0:0 hesabı ilə yekunlaşsa da, ilk oyunda 2:1 qalib gələn İspaniya təmsilçisi finala yüksəlib.

Offsideplus.az xəbər verir ki, "sarı sualtı qayıq" tarixində ilk dəfə finala çıxaraq "Mançester Yunayted"ə rəqib olub. 

Komandanın baş məşqçisi Unai Emeri isə istefay göndərildiyi "Arsenal"ı məğlub edərək, karyerasında 5-ci dəfə Avropa Liqası finalına yüksəlib. Bundan əlavə, 49 yaşlı mütəxəssis Avroliqa tarixində 3 fərqli komanda ilə həlledici matça çıxan ilk baş məşqçi olub:

 2013-14 / Çempion (Sevilya)
 2014-15 / Çempion (Sevila)
 2015-16 / Çempion (Sevilya)
 2018-19 / Finalçı (Arsenal)
 2020-21 / Finalçı (Vilyarreal)