Ötən gecə baş tutan "Roma" - "Mançester Yunayted" matçında futbolçular arasında gərginlik olub.
Offsideplus.az xəbər verir ki, 72-ci dəqiqədə "Roma"nın oyunçuları Meyson Qrinvudun üstünə gəliblər. Bir neçə saniyəyə özünü yetişdirən Edinson Kavani komanda yoldaşını qorumaq üçün rəqib komandanın futbolçuları ilə "üz-göz" olub.
Bu hərəkətinə görə uruqvaylı hücumçu sarı vərəqə ilə cəzalansa da, azarkeşlər onun Qrinvuda arxa-dayaq olmasını yüksək dəyərləndiriblər.
Qeyd edək ki, ümumi 8:5 hesabı ilə "Roma"nı məğlub edən "Mançester Yunayted" finala yüksəlib.
Həmin görüntüləri təqdim edirik:
Cavani stick up for Greenwood ?
— Aidan Walsh ? (@AidanWalshMUFC) May 6, 2021
You love to see it! pic.twitter.com/ZkkY9bdXwP