Edinson Kavani avrokuboklarda yeni uğura imza atıb.
Offsideplus.az xbər verir ki, "Mançester Yunayted"in forvardı evdə "Roma"nı 6:2 hesabı ilə udduqları oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Beləliklə, Kavani 34 yaş 74 günündə avrokuboklarda 2+2 edə bilən ən yaşlı futbolçuya çevrilib. O, "Bavariya"lı Robert Levandovski və "Barselona"lı Lionel Messinin rekordunu qırıb. Hər iki futbolçu bunu 31 yaşında etmişdi.
Qeyd edək ki, Kavani cari mövsümün əvvəlində PSJ-dən "Mançester Yunayted"ə keçmişdi.