Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

Offsideplus.az xəbər verir ki, 4 qarşılaşmanın hamısı saat 23:00-da başlayıb.

. "Mançester Yunayted" İspaniyada "Qranada"nın qonağı olub. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə bitib. "Arsenal" isə Çexiyanın "Slaviya" (Praqa) komandası ilə üz-üzə gəlib. Matç 1:1 hesbaı ilə yekunlaşıb.

"Ayaks" isə "Roma"ya 2:1 hesabı ilə qalib gəlib. "Vilyareal" Zaqreb "Dinamo"sundan üstün olub - 0:1.