"Reyncers" - "Slaviya" qarşılaşmasından sonra (0:2) Ondrey Kudelanın döyülməsinin səbəbi məlum olub.
Offsideplus.az "The Guardian"a istinadla xəbər verir ki, oyunun sonlarına yaxın "Slaviya"nın adıçəkilən futbolçusu meydan sahiblərinin qaradərili üzvü Qlen Kamaranın ünvanına irqçi ifadə işlədib. Buna görə də Kamara Kudelanın üzərinə hücum çəkib. Oyun qurtarandan sonra isə Kamaranın qisasını almaq istəyən kimliyi bilinməyən şəxs tuneldə Ondreyə bir neçə zərbə endirib. Hətta "Reyncers"in baş məşqçisi Stiven Cerrard da mətbuata açıqlamasında futbolçusunun söyüldüyünü bildirib.
Hadisə ilə bağlı Çexiya klubunun Direktorlar Şurasının sədri Yaroslav Tvrdik "Tvitter" səhifəsində bunları yazıb: "Slaviya" klubu futbolçumuz Ondrey Kudelanın rəqib futbolçunun ünvanına irqçi ifadə işlətməsini qətiyyətlə rədd edir. Oyundan sonra futbolçumuza edilən hücum biz şoka salıb. Hətta köməyə yerli polisi çağırdıq. Ümid edirik ki, yaşananlarla bağlı UEFA hərtərəfli araşdırma aparıb, lazım olan qərarı verəcək".