Dünən Avroliqanın 1/8 finalında baş tutan "Reyncers" - "Slaviya" (0:2) qarşılaşmasından sonra biabırçı hal yaşanıb.
Offsideplus.az "Seznam Zpravy"a istinadla xəbər verir ki, çexiyalıların futbolçusu Ondrey Kudela matç başa çatandan sonra döyülüb. Lakin tuneldə 34 yaşlı futbolçunu yumruqlayan şəxs(lər)in kimliyi məlum deyil.
Hadisədən dərhal sonra "Slaviya" rəhbərliyi yerli polisə müraciət edib ki, məhz asayiş keşikçilərinin köməkliyi sayəsində avtobusa minib, stadionu tərk etmək mümkün olub.
Qeyd edək ki, yaşanmış olaya görə UEFA-nın Şotlandiya təmsilçisini ciddi cəzalandıracağı gözlənilir.