"Qarabağ" cari avrokubok mövsümündə Avroliqanın qrupundan çıxa bilməsə də, uğursuz görünmədi.

Koronavirusun ölkəyə və ölkə futboluna vurduğu ciddi zərbəyə baxmayaraq, ağdamlılar minimum hədəfin - qrupa yüksəlməyin öhdəsindən gəldi. Lakin heyət yetərsizliyi daha da irəli getməyə imkan vermədi. Buna baxmayaraq, "Qarabağ" vurduğu qollarla azarkeşlərini sevindirməyi bacardı. 

Offsideplus.az "köhlən atlar"ın 2020-ci ildə avrokuboklarda vurduğu qolları təqdim edir.