UEFA Avropa Liqasında qrup mərhələsinin ən yaxşı qollarını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, onların arasında "Qarabağ"ın futbolçusu Ovusu Kvabenanın II turda İspaniya "Vilyarreal"ı ilə matçdakı qolu ən yaxşılardan hesab edilib.

Qeyd edək ki, oktyabrın 29-da Türkiyənin İstanbulun “Başakşəhər Fatih Terim” stadionunda keçirilmiş qarşılaşma "Qarabağ"ın 1:3 hesablı məğlubiyyəti ilə bitib.