2020/21 mövsümü üzrə Avropa Liqasında bombardirlər artıq məlumdur.

Offsideplus.az xəbər verir ki, ilk pillədə 6 qolla iki futbolçu qərarlaşıb: "Benfika"dan Pizzi "Lill" klubundan Yusuf Yazıcı. 23 yaşlı Türkiyəli futbolçu bu mövsüm Avroliqa oyunlarında "het-trik" daxil olmaqla 6 qol vurub, 2 məhsuldar ötürmə verib.

Növbəti pillələrdə 5 qolla Leon Bayli (Bayer), Darvin Nunez (Benfika) və Donyel Malen (Sparta) qərarlaşıb.