Avropa Liqasının1/16 final mərhələsində Kiyev "Dinamo"su ilə "Brügge" üz-üzə gələcək.

Püşkatmadan sonra Belçika təmsilçisinin baş məşqçisi Filipp Kleman fikirlərini dilə gətirib.

Offsideplus.az HNL-ə istinadla xəbər verir ki, 46 yaşlı mütəxəssis "Dinamo" ilə bağlı danışanda maraqlı atmaca ilə diqqət çəkib: "Heç də seksual püşk olmadı. Səfərin çətinliyi baxımından demirəm, rəqib sarıdan. Ötən il onları Çempionlar Liqasının təsnifat mərhələsindən uzaqlaşdırmışdıq. Düşünürəm ki, bu dəfə də bizi seksual macəra yox, ağır iş gözləyir. Ukrayna komandası bu il "Gent"lə "Alkmaar"ı mübarizədən kənarlaşdırıb. Bu, onların gücündən xəbər verir. Eyni səviyyəli iki komandadır. Ona görə də şansları bərabər görürəm".