"Vilyareal"ın baş məşqçisi "Qarabağ"la təxirə salınan oyunla bağlı danışıb.

Offsideplus.az “infobae”yə istinadla xəbər verir ki, təcrübəli mütəxəssis Avroliqanın qrup mərhələsinin sonuncu turunda baş tutmalı olan oyunun təxirə salındığına üzülüb: "Bu, çox tələbkar rəqabətdir. Çünki böyük komandalar oynayıb, qazanmaq istəyirlər. Qrup mərhələsini oyuna çıxaraq bağlamaq istəyərdik. “Qarabağ”la matçı oynamaq daha yaxşı olardı.İndi isə UEFA-nın necə qərar verəcəyini gözləyirik”.

Qeyd edək ki, dekabrın 10-da keçirilməli olan “Qarabağ” – “Vilyarreal” qarşılaşması təmsilçimizin 13 futbolçusunda koronavirus aşkarlandığı üçün təxirə salınıb.