Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda “Makkabi”yə (Təl-Əviv) uduzan Türkiyənin “Sivasspor” klubu İsraildən qayıdarkən problemlə üzləşib.
Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, Sivas təmsilçisi “Makkabi” ilə oyundan sonra hava limanına gəlsə də, uçuş təyin olunduğu vaxtda baş tutmayıb. Buna səbəb İsrailin səlahiyyətli nümayəndələrinin sistemi bağlaması olub.
“Sivasspor” 2 saat hava limanında gözlədikdən sonra uçuş baş tutub və Türkiyəyə qayıda bilib. İsrail tərəfi isə gecikməyə səbəb “Sivasspor”un hava limanına gec gəlməsini göstərib. “Sivasspor”un prezidenti Məcnun Otyakmaz hadisənin israillilər tərəfindən bilərəkdən edildiyini bildirib.
“Sivasspor” “Makkabi”yə 0:1 hesabı ilə uduzaraq Avropa Liqası ilə vidalaşıb.